Ayı evə girərək toyuq OĞURLADI
ABŞ də ayı evə girərək masanın üzərindəki “KFC” fastfud restoranından alınmış qızardılmış toyuğu oğurlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Dangerous Minds” məlumat yayıb.
Hadisə avqustun 13-də Kentukki ştatında baş verib. Yerli sakin Kendra Nortun sözlərinə görə, səhər saat 5 radələrində o, evində yatarkən yırtıcı heyvan tam bağlanmayan qapıdan içəri daxil olub. Ayını masanın üzərində qalan yeməyin qoxusu cəlb edib.
Qonşu evdə yaşayan bacısı isə həmin vaxt oyaq olub və ayının evə girdiyini görüb.
Əvvəlcə qadın güclü səs eşidib. Ayı toyuğa çatmaq və onu yemək üçün şüşə yemək masasını sındırıb. Səs o qədər güclü olub ki, qadın yaxınlıqda qəza baş verdiyini düşünüb.
Ayının bacısının evindən çıxdığını görən qadın Norta zəng etməyə başlayıb. Nort isə telefonu iki dəfə söndürüb və yalnız bundan sonra zəngə cavab verib.
“Burada ayı var və o, indicə sənin evindən çıxdı”, - deyə bacısı bildirib. O əlavə edib ki, heyvan birbaşa gözlərinin içinə baxıb.
Xədicə BAXIŞLI













