“Chevrolet Niva” dərəyə AŞDI

 09:30 20.08.2026     433

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, Diryan kənd sakini 1965-ci il təvəlüdlü Nuriyev İntiqam Ağarza oğlunun idarə etdiyi “Chevrolet Niva” markalı avtomobil dərəyə aşıb.

Belə ki, torpaq yolda idarəetmədən çıxan nəqliyyat vasitəsi hündürlükdən dərəyə yuvarlanıb.

Faktla bağlı Lənkəran ŞRPŞ-nin İstintaq bölməsində cinayət işi başlanıb.

Araşdırma aparılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən