Göyçay stadionunda idman edərkən ÖLDÜ

 15:39 20.08.2026     483

Göyçay rayonunda stadionda ölüm hadisəsi baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, rayonun Məhəmməd Əmin Rəsulzadə küçəsində yaşayan 1966-cı il təvəllüdlü Ehtiram Xəlilov bu gün səhər saatlarında stadiona gedib. O, idman edərkən özünü pis hiss edib. Dərhal hadisə yerinə həkim gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, mərhum ürək çatışmazlığından vəfat edib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən