Kürdəxanıda tikinti materialları YANDI
Bakının Sabunçu rayonunda, Kürdəxanı qəsəbəsində yol kənarında tikinti materialları yanıb.
Redaktor.az FHN-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı “112” qaynar xəttinə daxil olan məlumat əsasında Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin zəruri və təxirəsalınmaz tədbirləri nəticəsində yanğın ətrafa yayılmadan qısa müddətdə söndürülüb.













