Göyçayda ot tayasından yıxılan kişi ÖLDÜ

 21:10 20.08.2026     371

Göyçayda orta yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Redaktor.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Alpoud kəndində baş verib.

1984-cü il təvəllüdlü Anar Səlimov ot tayasının üstündə olarkən halı pisləşərək yıxılıb. Bu zaman ot presi onun başına düşdüyündən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən