Goranboyda ağır qəza: 2 ölü, 1 yaralı var - YENİLƏNİB
Goranboyda yol qəzasında ölənlərin kimliyi məlum olub.
Redaktor.az xəbər verir ki, "VAZ-2107", "Mercedes" və daha bir minik maşınının toqquşması nəticəsində Akşin İbrahimov və Xəyyam adlı şəxs (soyadı dəqiqləşdirilir - red) ölüb.
Qəza zamanı daha bir nəfər - Araz Şükürov xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə Qızılhacılı qəsəbəsində baş verib.
Faktla bağlı araşdırma başlanılıb (Report).
***
Goranboy-Naftalan yolunda “Prado”, “Mercedes” və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, qəzanın zəncirvari olduğu bildirilir. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.













