Qərbi Abşeron yatağında faciə: Fəhlə qurğunun altında qalıb ÖLDÜ

 11:11 23.08.2026     515

Avqustun 22-də Qərbi Abşeron yatağı, 50 saylı platformada iş prosesi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində SOCAR AQŞ-nin əməkdaşı Abbasov Nizami Ələddin oğlu həyatını itirib.

Redaktor.az xəbər verir ki, SOCAR AQŞ-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Nizami Abbasovun qaldırıcı qurğunun aşması nəticəsində həlak olduğu bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən