Qazaxda iki maşın toqquşdu: 3 ölü, 1 yaralı

 11:48 23.08.2026     472

Qazax rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hərəkətdə olan "Opel" və "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində "Opel"in sürücüsü, 1968-ci il təvəllüdlü M.İbrahimov, eləcə də onun sərnişinləri — 1958-ci il təvəllüdlü S.Mustafayeva və 1953-cü il təvəllüdlü F.Mustafayev hadisə yerində dünyasını dəyişiblər.

Qəza zamanı "Mercedes" markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Ş.Mustafayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən