Bakıda mənzilini yandıran şəxs saxlanıldı
Paytaxtın Xətai rayonunda hündürmərtəbəli yaşayış binasında mənzil sahibi tərəfindən yandırılıb.
Redaktor.az xəbər verir ki, yanğın hadisəsini qəsdən törətməkdə şübhəli bilinən 47 yaşlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi məlum olub.
Onun xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilməsi təmin olunub.
Qeyd edək ki, hadisə dünən gecə saatlarında Həzi Aslanov metrostansiyasının yaxınlığındakı binalardan birində baş verib.
Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
hadisəni törədən şəxs yüngül xəsarət alıb və təcili yardım əməkdaşlarının ilkin tibbi yardım göstərməsindən sonra ərazidən uzaqlaşdırılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yanğın söndürülüb, alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır (APA).













