Bakıda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Redaktor.az xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.
Belə ki, Pərviz Rəsulov idarə etdiyi "Toyota Camry" markalı avtomobillə hərəkətdə olarkən 1994-cü il təvəllüdlü Samir Əlizadəni vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb (APA).













