Göyçayda əməliyyat: 51 narkotik bitki və 2 odlu silah aşkarlandı

 11:46 25.08.2026     446

Narkotik tərkibli bitkiləri kultivasiya etməkdə və silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə və silah saxlamaqda şübhəli bilinən Bəhruz Əhmədov saxlanılıb.

Onun yaşadığı ünvandan ümumilikdə 51 ədəd narkotik tərkibli bitki və 2 ədəd odlu silah aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərərək yetişdirdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, B.Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Vumart və Güvən reklamı Vumart Güvən