İş adamı restoranının açılışına bir gün qalmış öldü - İsmayıllıda ağır QƏZA

 12:07 25.08.2026     430

İsmayıllıda ağır yol qəzası baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə dünən axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 29-cu kilometrliyində qeydə alınıb.

Hərəkətdə olan “Toyota Land Cruiser” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə, sürücü 41 yaşlı Samir Abdullayev aldığı xəsarətlərdən vəfat edib.

Yaxınlarının bildirdiyinə görə, S.Abdullayev iş adamı olub. O bu gün İsmayıllı rayonu ərazisində yeni restoranının açılışını planlaşdırırmış.

Vumart və Güvən reklamı Vumart Güvən