Kürdəmirdə "Toyota" aşdı - 5 nəfər yaralandı
Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az "Toyota" markalı avtomobilin sürücüsü 48 yaşlı Ramil Hüseynov qəfildən idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan Pirli kənd sakinləri - 37 yaşlı Maxruq Əliyeva ,16 yaşlı Fatimə Əliyeva, 19 yaşlı Afaq Hüseynova, 47 yaşlı Səidə Hüseynova və sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.













