Sabirabadda həyətində narkotik bitkilər yetişdirən şəxs saxlanıldı

 11:39 31.08.2026     212

Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Redaktor.az-a verilən xəbərə görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 47 yaşlı Taryel Qasımov saxlanılıb.

Onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 55 ədəd narkotik xassəli kol aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Vumart və Güvən reklamı Vumart Güvən