Şuşa-Laçın yolunda faciə: 2 nəfər öldü

 19:26 31.08.2026     334

Şuşa-Laçın avtomobil yolunda aparılan qazıntı işləri zamanı iki nəfər həyatını itirib.

Redaktor.az xəbər verir ki, hadisə avqustun 30-da Şuşa-Laçın avtomobil yolunun tikintisi ilə bağlı işlər aparılan ərazidə baş verib.

Belə ki, yolun inşasında çalışan şirkət əməkdaşları – topoqraf Kənan Hacıyev və onun köməkçisi Polad Məmmədzadə bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə ilə bağlı Şuşa Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır (Qafqazinfo).

Vumart və Güvən reklamı Vumart Güvən