Bir ailənin iki üzvü BIÇAQLANDI

 10:03 02.09.2026     290

Bakıda bir ailənin iki üzvü bıçaqlanıb.

Redaktor.az-ın məlumatına görə, hadisə dünən paytaxtın Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində baş verib.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Rəfael Qurbanov və bacısı 1992-ci il təvəllüdlü Sura Qurbanova bıçaqlanıb. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilərək əməliyyat olunublar. Hər iki yaralının vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən