Goranboyda qəza: xəsarət alanlar VAR

 23:02 02.09.2026     510

Goranboyda baş verən yol-nəqliyyat hadisəsində 2 qardaş xəsarət alıb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Goran yolu adlanan ərazisində qeydə alınıb.

Belə ki, Zeyvə kənd sakini, 1996-cı il təvəllüdlü Nuravi Kərimovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil 1987-ci il təvəllüdlü, Səfükürd sakini İnarə Həsənovanın idarə etdiyi "Chevrolet" markalı maşınla toqquşub.

Qəzada N. Kərimov və onun qardaşı, 1999-ci il təvəllüdlü Namiq Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə yol-polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən