Evdə köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi

 11:44 03.09.2026     194

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 3 əməliyyat keçirilib.

Bu barədə Redaktor.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində 3 nəfər uşaq xilas edilib, 1 nəfərə müvafiq köməklik göstərilib.

Vumart və Güvən reklamı Vumart Güvən