Güllələnən Tərtər sakininin vəziyyəti necədir? - YENİLƏNİB
1974-cü il təvəllüdlü şəxs (kişi) 07.09.2026-cı il tarixində saat 00:20 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Redaktor.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, baldırın çoxsaylı açıq yaraları, diz oynağının açıq yarası təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbəsidə davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
***
Tərtərdə 52 yaşlı kişinin güllələnməsi ilə bağlı şübhəli şəxs saxlanılıb.
Redaktor.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Hüsən Mirzəzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, hadisə Şıxarx qəsəbəsində baş verib. 1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından güllə yarası alıb.
Faktla bağlı araşdırma aparılır (APA).
***
Tərtərdə odlu silahdan açılan atəş nəticəsində bir nəfər xəsarət alıb.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Şıxarx qəsəbəsində qeydə alınıb.
Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır (APA).













