Binəqədidə yarımtikilidə yanğın OLDU

 20:04 07.09.2026     288

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Redaktor.az-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının tikilməkdə olan binanın ikinci mərtəbəsində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən