Bakıda elektrik avtobusu qəzaya uğradı - Sıxlıq yarandı - FOTO
Bakıda müasir elektrik avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə "Red Plaza" istiqamətindən "Azadlıq Prospekti" metro stansiyasına doğru geri dönüş hissəsində qeydə alınıb.
Məlumata görə, biristiqamətli yolda "Kia Sportage" markalı minik avtomobili Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) idarəetməsində olan BYD markalı elektrik avtobusunu sıxışdırıb. Nəticədə avtobus sağ tərəfi ilə səkiyə dirənərək dayanmağa məcbur olub.
Toqquşma zamanı avtobus zədələnib, "Kia Sportage" markalı avtomobil isə əzilərək ciddi zərər görüb. Qəza səbəbindən ərazidə hərəkət məhdudlaşıb və sıxlıq yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Aminə ŞAHSUVARQIZI














