“Gənclik Mall”da xəbərdarlıq sistemi niyə işə düşüb? - AÇIQLAMA + YENİLƏNİB
“Gənclik Mall” ticarət mərkəzində bir neçə dəqiqə əvvəl yaranmış texniki xəta səbəbindən xəbərdarlıq sistemi işə düşüb.
Redaktor.az xəbər verir ki, ticarət mərkəzindən verilən məlumata görə, hazırda ticarət mərkəzində hər şey qaydasındadır.
Ticarət mərkəzi yaranmış müvəqqəti narahatlığa görə ziyarətçilərdən üzr istəyib.
***
16:10
Bakıda yerləşən “Gənclik Mall”da həyəcan siqnalı verilib.
Redaktor.az bakues.az-a istinadən xəbər verir ki, hazırda ticarət mərkəzində olan vətəndaşlar təxliyə edilir.
Siqnalın verilmə səbəbi hələlik məlum deyil.













