Gəncədə kişi və qadını bıçaqladığı iddia edilən şəxs tutuldu - YENİLƏNİB

 11:44 09.09.2026     590

Bu gün saat 05:40 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə 2 nəfər (1 kişi, 1 qadın) hospitalizasiya olunub.

Redaktor.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

***

Gəncədə 33 yaşlı kişini bıçaqlayan şəxs tutulub.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirlər nəticəsində hadisənin törətməkdə şübhəli bilinən 35 yaşlı İ.Əliyev saxlanılıb.

Məlumata görə, hadisənin törətməkdə şübhəli bilinən əvvəlcə 33 yaşlı E.Əsgərovu daha sonra isə bacısı 1987-ci il təvəllüdlü S.Abbasovanı bıçaqlayıb.

Qeyd edəki ki, hadisə Gəncə qapısının yaxınlığında qeydə alınıb.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

***

Samuxda 39 yaşlı qadın bıçaqlanıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü S. Abbasova bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Qadına tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.

İlkin məlumata görə, qadını bıçaqlamaqda qardaşı şübhəli bilinir.

Faktla bağlı Samux rayon Polis İdarəsi tərəfindən araşdırma başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən