Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı

 10:24 09.09.2026     228

Sentyabrın 8-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 170, o cümlədən borclu şəxs qismində axtarışda olan 147 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən