Xocalıda mina partladı - ANAMA əməkdaşı xəsarət aldı - YENİLƏNİB
Xocalı rayonunun Daşkənd kəndində mina partlayışı nəticəsində xəsarət alan şəxs Bərdə Şəhər Diaqnostika Mərkəzinə təxliyə edilib.
Redaktor.az xəbər verir ki, xəsarət alan şəxsə Xankəndi Şəhər Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdəyə köçürülüb.
Hazırda onun əməliyyat olunacağı gözlənilir.
Faktla bağlı araşdırma aparılır (APA).
***
İşğaldan azad edilmiş Xocalı rayonunun Daşkənd kəndi ərazisində bu gün mina hadisəsi baș verib.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, agentliyin əməkdaşı, 1990-cı il təvəllüdlü Anar İftixar oğlu Həsənov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib və o, hadisə nəticəsində sol ayağından xəsarət alıb.
Anar Həsənov rayon xəstəxanasına təxliyə edilib, onun vəziyyəti qənaətbəxşdir.













