Şəmkirdə istixanada yanğın OLDU

 19:41 10.09.2026     910

Şəmkir rayonu, Zəyəm qəsəbəsində vətəndaşa məxsus istixanada yanğın baş verib.

Redaktor.az xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

İstixana ərazisində plastik tullantılar yığılan sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikili və istixana yanğından mühafizə olunub.

 

Vumart və Güvən reklamı Vumart Güvən