Rəis müavinini elektrik cərəyanı vurub öldürdü - YENİLƏNİB

 14:29 11.09.2026     398

Xəbər verdiyimiz kimi, Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb.

Redaktor.az xəbər verir ki, “Azərişıq” ASC-dən “Qafqazinfo”ya bildirilib ki, həyatını itirən şəxs bu qurumun əməkdaşı deyil.

***

Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Qarasu kəndində baş verib.

Hacıqabul sakini 1984-cü il təvəllüdlü Məmmədov Davud Aydın oğlunu ərazidə yerləşən transformatorda yüksəkgərginlikli elektrik cərəyanı vuraraq öldürüb.

Qeyd edək ki, D.Məmmədov elektrik müəssisəsində rəis müavini vəzifəsində çalışırdı.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən