Kürdəmirdə avtomobil aşıb: Xəsarət alan sürücü Bakıya gətirilir

 13:21 12.09.2026     764

Kürdəmirdə avtomobilini aşıran sürücü müalicəsini paytaxt klinikalarından birində davam etdirəcək.

Redaktor.az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə dünən Bakı-Qazax avtomagistralının Kürdəmir rayonu ərazisindən keçən hissəsində baş verib. 1972-ci il təvəllüdlü Heyran Şükürovanın idarə etdiyi "Kia" markalı avtomobil nəzarətdən çıxaraq yol kənarındakı su arxına düşüb. Hadisə zamanı avtomobildə olan daha bir nəfər sərnişin də xəsarət alıb.

İlkin yardımdan sonra paytaxt sakini olan, Mingəçevir təvəllüdlü sürücü və sərnişin rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin müayinəsindən sonra vəziyyəti daha ciddi olan H. Şükürovanın müalicəsini paytaxt klinikalarından birində davam etdirməsinə qərar verilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən