2 yaşlı uşaq hovuzda boğularaq ÖLDÜ

 23:15 13.09.2026     540

Bərdədə 2 yaşlı uşaq hovuzda boğularaq ölüb.

Redaktor.az xəbər verir ki, hadisə Bərdə şəhəri M.P. Vaqif küçəsində baş verib.

Belə ki, 2024-cü il təvəllüdlü Ə. M (Ad şərtidir) valideynlərinin nəzarətindən yayınaraq həyətə çıxıb.

Azyaşlı həyətdə ehtiyat su toplamaq üçün nəzərdə tutulan hovuza düşüb və boğularaq ölüb.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır (Qafqazinfo).

Vumart və Güvən reklamı Vumart Güvən