Bakıda ağır qəza: Ölən var

 10:13 14.09.2026     278

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə “Mercedes E-Class” markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub.

Qadın Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, vəfat edib.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanılaraq istintaq aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən