Lənkəranda üç yaşlı uşaq binadan YIXILDI

 20:09 14.09.2026     310

Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Paşa Təhməzov küçəsi 6 ünvanında qeydə alınıb.

Belə ki, 2023-cü il təvəllüdlü A.Allahverdiyev ehtiyatsızlıqdan üçüncü mərtəbədən yıxılıb. Azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən