Prokurorluqdan qumbara partlaması ilə bağlı AÇIQLAMA

 17:08 15.09.2026     386

Xırdalan şəhərində 19 yaşlı qızın partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Redaktor.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən