Hacıqabulda 2 kq narkotik vasitə aşkarlandı

 12:25 16.09.2026     56

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 38 yaşlı Etibar Qəniyev saxlanılıb.

Redaktor.az xəbər verir ki, ondan 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb. 

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Vumart və Güvən reklamı Vumart Güvən