Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlandı

 15:23 16.09.2026     62

Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, narkotik vasitələrin dövriyyəsinə qarşı Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib. Tədbirlərlə saxlanılan 25 yaşlı İskəndər Dadaşovdan ümumilikdə 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən