Təcili yardımı əsassız yerə məşğul edən qadını polis saxladı - VİDEO
Təcili Tibbi Yardım Xidmətinin “103” çağrı mərkəzinə zəng edərək xətti əsassız yerə məşğul edən şəxslə bağlı yayılan görüntülər araşdırılıb.
Redaktor.az xəbər verir ki, görüntülərdə əks olunan 27 yaşlı qadın polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Hazırda onun barəsində qanunvericiliyə uyğun məsuluyyət tədbirləri görülür.













