Goranboyda əkin sahəsindən gənc oğlanın meyiti TAPILDI
Goranboyda gənc oğlanın meyiti tapılıb.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Bəşirli kəndinə qeydə alınıb.
Belə ki, kənd sakini 2004-cü il Ə. Abbasovun meyiti kəndin yaxınlığında əkin sahəsindən tapılıb.
Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Gənc oğlanın hansı şəraitdə ölməsi məlum deyil.
Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.













