Motosiklet və moped oğurlayan bir qrup yeniyetmə saxlanıldı
Yasamal rayonu ərazisində gecə saatlarında bir nəfərə məxsus “Tufan” markalı motosiklet qaçırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən üç yeniyetmə motosikleti idarə edərkən saxlanılıblar. Saxlanılan şəxslərin Abşeron rayonu ərazisində moped oğurladıqları da məlum olub.
Araşdırmalar davam etdirilir.













