Cinayətdə şübhəli bilinən 73 nəfər saxlanıldı
Sentyabrın 18-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 159, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.













