Füzulidə ağır qəza - Ölən və yaralananlar VAR

 16:08 19.09.2026     108

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadla məlumat verir, hadisə ötən gün rayonun Mirzəcamallı kəndində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Babayev Səxavət Niyaz oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yol kənarına aşıb.

Nəticədə avtomobildə olan Beyləqan rayonunun Baharabad kənd sakini, 1991-ci il təvəllüdlü Abbasov Etibar İsmayıl oğlu hadisə yerində həyatını itirib.

Qəza zamanı sürücü S.Babayev, 1977-ci il təvəllüdlü Hüseynova Ruhiyyə Sabir qızı və İsgəndərov Məhəmməd Məmməd oğlu ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən