Cəlilabadda “Mercedes” transformatora çırpıldı

 12:16 20.09.2026     124

Cəlilabadda “Mercedes” markalı minik avtomobili yol kənarındakı elektrik transformatoruna çırpılıb.

Redaktor.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib.

Belə ki, nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı elektrik transformatoruna çırpılıb.

Qəza zamanı sürücü yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən