Cəlilabadda zəncirvari qəza - Yaralılar var
Cəlilabadda ağır yol qəzası baş verib.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
Belə ki, “VAZ-21099” və “Toyota Prius” markalı minik avtomobilləri toquşub.
Daha sonra zərbənin təsirindən “Toyota Prius” “VAZ-2107” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlar 1960-cı il təvəllüdlü Beytulla Mirzəyev, 2021-ci il təvəllüdlü Sənan Diniyev və Kənan Diniyevdir.
Yaralılar xəstəxanaya çatdırılıb.
Qəzanın təfərrüatları ilə bağlı araşdırma aparılır.














