Bakıda tədbirdə monitor qadının üstünə aşdı - VİDEO

 10:27 21.09.2026     142

Bakı şəhər Yasamal rayonu Məhəmməd Naxçıvani (6-cı Paralel) küçəsində keçirilən kütləvi tədbir zamanı monitor aşıb.

Redaktor.az xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, ehtiyatsızlıqdan iriölçülü LED ekran insanların dayandığı yerə düşüb. Hadisə nəticəsində bir qadının xəsarət aldığı qeyd edilib.

Digər məlumata görə, bədbəxt hadisə AYNA-nın Mikromobillik həftəsi çərçivəsində təşkil etdiyi “Avtomobilsiz gün” tədbirində baş verib.

Əlavə məlumat veriləcək.

 

Vumart və Güvən reklamı Vumart Güvən