Cəlilabadda açıq ərazi yanır
Cəlilabadda quru otluq ərazidə yanğın başlayıb.
Redaktor.az-ın xəbərinə görə, yanğın Ələt-Astara yolunun ətrafında qeydə alınıb.
Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.













