Bakıda oğurluq edən şəxs saxlanıldı

 08:43 22.09.2026     59

Nərimanov rayonu ərazisində bir nəfərə məxsus mopeddən 490 manat dəyərində çanta və əşyalar oğurlanıb.

DİN-dən Redaktor.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 50 yaşlı İ.Seyidov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs kuryerin sifarişi təhvil vermək üçün mopeddən uzaqlaşdığını görərək talama əməlini törədib.

Araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən