Yaşayış binasında köməksiz qalan azyaşlılar xilas edildi - VİDEO

 09:32 22.09.2026     59

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında iki azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, bağlı qapı arxasında qalan azyaşlılar mənzilin giriş qapısının döyülməsinə və telefon zənglərinə reaksiya vermirlər.

Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə etməklə doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə qonşu eyvandan daxil olmaqla yatmış vəziyyətdə aşkar olunan 2018 və 2019-cu il təvəllüdlü iki uşağı yaxınlarına təhvil veriblər.

Vumart və Güvən reklamı Vumart Güvən