Qanunsuz saxlanılan xeyli silah-sursat aşkarlanıb

 10:41 22.09.2026     57

Sentyabrın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 9 qumbara, 9 alışdırıcı, 6 tüfəng, 1 patron darağı və 75 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən