Bakı Konqres Mərkəzində tüstülənmə olub? - VİDEO

 11:17 22.09.2026     135

Bu gün səhər saatlarında paytaxtın Nərimanov rayonunda yerləşən Bakı Konqres Mərkəzində tüstülənmə olub.

Redaktor.az-ın məlumatına görə, mərkəzdən baku.ws-ə bildirilib ki, heç bir yanğın hadisəsi baş verməyib.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb. Qeyd edilib ki, hazırda FHN qüvvələri Bakı Konqres Mərkəzində keçirilən beynəlxalq tədbir ilə əlaqədar əraziyə cəlb olunub: “Binada heç bir yanğın hadisəsi qeydə alınmayıb. Mətbəx sahəsində havalandırma sistemi işə düşüb. Vəziyyət tam nəzarət altındadır və narahatlıq üçün heç bir əsas yoxdur”.

Vumart və Güvən reklamı Vumart Güvən