Türkiyədə məktəbin yaxınlığında silahlı hücum: 1 ölü,10 yaralı

 11:48 22.09.2026     80

Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin yaxınlığında silahlı insident baş verib.

Redaktor.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şagirdlərin sayı 10-a çatıb. Onlardan birinin həyatını itirdiyi bildirilir.

İnsidentin məktəbin yaxınlığında baş verdiyi qeyd olunur. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin polis tərəfindən saxlanıldığı bildirilir.

Turgutlu Rayon Valiliyindən verilən açıqlamada hadisə ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.

“Hazırda əməkdaşlarımız hadisə ilə bağlı araşdırmaları davam etdirir. İctimaiyyətə hadisənin gedişatı ilə bağlı əlavə məlumat veriləcək”, – açıqlamada qeyd olunub.

Hadisənin səbəbləri və digər təfərrüatlarla bağlı araşdırmalar davam edir.

Vumart və Güvən reklamı Vumart Güvən