Goranboy sakini ehtiyatsızlıqdan özünü GÜLLƏLƏDİ

 17:42 22.09.2026     244

Cəlilabadda bədbəxt hadisə baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndindəki fermada qeydə alınıb.

Belə ki, fermada gözətçi işləyən Goranboy sakini, 1963-cü il təvəllüdlü Məhərrəm Bayramov ov tüfəngindən açdığı atəş nəticəsində ağır xəsarət alıb.

Döş boşluğundan yaralanan M.Bayramov təcili olaraq rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən