Goranboyda yolu keçmək istəyən kişini avtomobil vuraraq ÖLDÜRDÜ

 22:04 22.09.2026     180

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.

İlkin məlunata görə, təxminən 40-45 yaşlarında kişini avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Mərhum Şirvan şəhər sakinidir. O, avtomobili yol kənarında saxlayaraq yolu qarşı tərəfə keçmək istəyib. Qəza yerinə yol-polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb (Qafqazinfo).

Vumart və Güvən reklamı Vumart Güvən